11:29 30.10.2017 1656

“Neftçi” bizi haqlı çıxardı

Amal Abuşov

Düz iki həftə bundan əvvəl "Neftçi”nin nəticələri və gələcək perspektivi barədə yazı qələmə almışdım. Diqqətli oxucuların xatırladığına əminəm. "Neftçi”nin dirçəliş planı” başlıqlı yazımda "ağ-qaralar”ın çıxışına qiymət vermiş, cəmi iki tur sonra turnir cədvəlinin 4-cü pilləsinin 80 yaşlı "xalq komandası”nın rənglərinə boyanacağını proqnozlaşdırmışdım.

Həmin ərəfədə "Neftçi” çətin Gəncə səfərinə hazırlaşırdı. Uzun fasilədən sonra ot örtüyü yenilənmiş "evinə” dönən "Kəpəz”in azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyi şübhəsiz idi. Amma "Neftçi” sürət yığmışdı. Bu sürətin qarşısını almaq çətin olacaqdı. Həmin yazıda yalnız bir məsələdə yanıldım. "Sumqayıt”ın "Zirə”ni məğlub edəcəyinə inanmamaqla səhv etmişdim. Qalan hər şey gözlədiyim kimi oldu.

Kiçik bir hissəni xatırlayaq: "Vəziyyət çıxılmaz, uğur qazanmaq mümkünsüz deyil. Elə təqvim də bunun üçün əlverişlidi. Gələn tur Gəncəyə səfər edəcək "Neftçi”ni orda çoxsaylı azarkeşlərin təzyiqindən başqa ciddi nəsə gözləmir. "Kəpəz”ə olan bütün hörmətimə rəğmən, "Zirə”ylə oyun bu komandanın imkanlarının məhdud səviyyəsini ortaya qoydu. Elə həmin tur "Səbail”lə qarşılaşacaq "İnter”in xal itirməsi də real görünür. "Sumqayıt”ın da "Zirə”yə uduzması da xəyal məhsulu deyil. Deməli, artıq iki tur sonra "Neftçi” xallarını "Sumqayıt”la eyniləşdirə bilər. Oktyabrın 29-da "Sumqayıt”ı "Bakcell Arena”dan əliboş yola salmaqla isə 4-cü pilləyə yüksəlmək mümkündü. Ondan sonrası isə asandı”.

Bu cümlələr heç də havaya atılmış sözlər deyildi. Uzun müddətli müşahidələrin, doğru analizlərin və sağlam məntiqin bəhrəsi kimi yazılmışdı. Və sözsüz ki, Azərbaycan futbolunun reallıqlarına yaxşı bələd olmağın. Yanılmayacağıma inanırdım.

"Neftçi” çətin olanı etməyi bacardı. Bundan sonrası asan olmalıdı. Üzüyuxarı yürümək çətindi. Amma ora çatdınsa, boşalmamalı, yüksəklikdən geriyə baxıb, başın gicəllənməməlidi. Bir az nəfəs dərmək və arxada qoyduqlarından uzaqlaşmaq lazımdı. Heç olmasa aradakı məsafəni qorumağı bacarmaq. Tərlan Əhmədov da bunu bacaracaq gücdədi. Artıq "Neftçi” düzgün yolla, sağlam fikirlə və əmin addımlarla irəliləyir.

Amma problemlər bitməyib. "Neftçi”nin neytrallaşdırılmış prezidenti Orxan Hüseynzadə klubdan uzaqlaşdırılmalıdı. Özü də elə-belə yox. Kluba doldurduğu yararsız əcnəbilərlə birlikdə. Etdiklərinə görə də hesabat verəndən, üzrxahlıq edəndən sonra. "Sumqayıt”la oyunda ehtiyatda oturan adlara diqqət edin: Pavel Dreska, Mateo Mujek, Daniel Seqova. Bu legionerlər hamısı yüksək transfer ödənişi qarşılığında "Neftçi”yə gətiriliblər. Elxan Abdullayevlə Orxan Hüseynzadə "yuxarı”dan gələn buyruqla "Neftçi”nin ad-sanına, oyun üslubuna uyğun gəlməyən futbolçuları komandaya götürüb. Tərlan Əhmədov isə onları ehtiyatda oturduq, qələbələri sıralayır. Məncə, "Neftçi”nin uğurlarının və uğursuzluqlarının sirrini axtararkən bu məqamları incələmək yetərlidi.

Qazanılan hər qələbə, oynanılan hər uğurlu oyun Tərlan bəyin əl-qolunu açır, onun ayağını yerə bərk basmasına, ehtiyac yarananda yumruğunu stola bərk vurmasına əsas verir. Mane olmasalar, badalaq atmasalar belə də davam edəcək. Buna şübhəniz olmasın.

Dəfələrlə demişik, bir daha deyək: çəkişməli, rəqabətli Azərbaycan çempionatı izləməyimiz üçün orda iddialı "Neftçi” olmalıdı. Amma sağlam əllərdə olan "Neftçi”!

Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

01:19

UEFA İrlandiya klubunu Konfrans Liqasından uzaqlaşdırdı

00:16

Niderland millsinin sabiq üzvü həbs edildi

12 İyun 2025
23:33

Emil Balayevin "Neftçi"dəki aqibəti necə olacaq?

23:17

Avdullahu Almaniya klubunda - RƏSMİ

22:56

Spalletti Ronaldunun baş məşqçisi olmağa yaxındır

22:20

Millimiz FİFA reytinqində irəlilədi

21:51

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

21:17

Ansu Fatinin Fransa klubuna keçidi reallaşmaq üzrədir - SON DURUM

20:49

MY braziliyalı hücumçu ilə 5+1 illik müqavilə bağladı - RƏSMİ

20:18

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

19:49

"Qarabağ"ın ilk rəqibi müəyyənləşdi

19:18

"Şamaxı" daha bir legionerin "hə"sini aldı

18:16

"Sabah" legioneri ilə vidalaşdı

17:46

Azərbaycan cüdoçularının DÇ-dəki rəqibləri müəyyənləşdi

17:25

Mançini milliyə can atır: "Getmək mənim günahımdır"

17:06

"Bu, reallığa çevrilmiş arzudur" - Trent Aleksander-Arnold

16:48

Leroy Sane "Qalatasaray"da - RƏSMİ

16:29

Avropa nəhəngi Niko Uilyamsla danışıqlara başladı - Vingerin tələbi açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X