14:15 09.11.2017 1797

Başlar və başqanlar - YAZI

Nihat Ağasoy

Öygülər olsun uca Yaradana, başımızla başa qalxdıq! Başlar içində baş çıxartmaq elə-belə söhbət deyil. Daha öncə hayları başını itirməyə məcbur edən yığmamız 8-ci turda rusların başını əlləri arasında qoyanda qələbə qığılcımı başımdan dabanlarıma qədər süzüldü. Nə xoş giziltiydi, Tanrım. Ukraynayla 2:2 hesablı bərabərliyin ardından çempionluğumuz rəsmən açıqlanana qədər zəfər təbilləri gicgahlarımda guruldadı. Və qəfil Berger əmsalına "ilişmək” həyəcanı gəldi. Xoşbəxtlikdən şəxsi görüşdə üstələdiyimiz Rusiya ədalətsiz hesablama üzündən bir baş yuxarı sıçramadı. 

Yunanıstanın Krit adasında düzənlənən Avropa Çempionatının qalibi adını qazanan kişilərdən ibarət şahmat yığmamızın uğuru təəccüb doğurmasa da, vətənini, bayrağını, xalqını sevən azərbaycanlıların ürəyinə yağ kimi yayıldı. 3-cü dəfə qitədə hamıdan yaxşı baş sındırmağı bacardığını isbatlayan millimiz, başın və başların var olsun! 

...Bu idman növüylə uşaqlıqdan maraqlanmışam. Ağ-qara taxtayla aramız o qədər yaxşıymış ki, böyüklərim böyüyəndə güclü şahmatçı olacağımı düşünürmüş. Qohum-əqrəba içində bir az da irəli gedərək məni vunderkind və gələcəyin qrossmeysteri adlandıranlar da var imiş.Təsəvvür edin ki, 1 yaşımda bütün fiqurları şahmat taxtasında səhvsiz düzə bilirmişəm. Dilimə gətirdiyim ilk cümlə isə "at, burda dur” olub. 2 yaşımda isə gedişləri bilir və oyunun mənasını uşaq dərrakəsinə sığacaq qədər anlayırdım. Böyüdüm, qrossmeysterlik yolunda atdığım ibtidai addımları "detskiy mat”a qədər təkmilləşdirdim. Nədənsə sonradan davamını gətirmək istəmədim. Sinif yoldaşlarıma qoşulub şahmat məktəbinə getməyə belə, həvəsim olmadı. İndi də oynamağın həvəskarı deyiləm. Rəqib fikirləşənə qədər səbrim daralır. Amma nəticələri izləyir, bizimkilərin pis bacarmadığı qədim oyunda nələrin yaşandığıyla davamlı şəkildə maraqlanıram. Şahmat sözünü eşidəndə, burnuma ən sevimli oyuncaqlarım arasında olan 35 il öncəki taxtanın qoxusu gəlir. 
Beynimin bir küncündə sağ biləyinə gözmuncuğu bağlanmış sarışın oğlan uşağı yenə həmin qara atın haça qulaqlarına, sallaq dodaqlarına diqqətlə baxır, ardından ağ və qara fiqurların simmetriyasını tarazlayır... 

Başı sözün əsl mənasında işləməyən xalq başqa xalqların nə şahını, nə də "peşka”sını mat qoya bilər. Siyasi xırdalıqlara varmaq fikrindən uzağam. Sözümün başqa Mustafası var. O gün döyüş strategiyası üzərində qurulmuş şahmatda qansız-qadasız, zədəsiz, ağrısız gələn qələbənin qanadlarında yağmurlu Bakı gecəsində buludlardan yuxarı qalxıb ulduzlarla dərdləşmişəm. Uğurun canımdan qopardığı qurğuşun ağırlıqla yerin nüvəsinə qədər enib qayıtmışam. Üstəlik, yazacağım yazıda pafosdan uzaq durmaq üçün noyabr çiskininin altında zəfərimizi gözləmədən yatan adamların işığı sönmüş mənzillərini də bir-bir sayıb başımı soyutmuşam. Köhnə fikrimdə qalmışam: bizim futbol yığmamız da Avropa çempionu ola bilər. Başa başqa başbilənlər gəlməlidi, vəssalam. Futbolçu potensialı, uşaq futbolunda vahid sistem, "milliləşdirmə”, baza, struktur sonrakı işlərdi. Öncə başda olduğu müddətdə ayağa qaldıra bilməyən başlar və başqanlar Azərbaycana bir yaxşılıq etməli, qansız-qadasız, zədəsiz, ağrısız , öz ayağı ilə getməlidi. İndiki başlarla bu xalqın ayağı biz deyən futbolu oynamayacaq.

"Futbol+"
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X