19:32 13.11.2017 3051

Elnur Cəfərovu tanıyırsızmı?

Sənan Abdullayev
 
Natiq Qasımovu tanıyırsızmı? 1992-ci ildə - 21 yaşında Ağdamda Azərbaycan bayrağı asılı Alban kilsəsində təkbaşına 5 gün, ac-susuz ermənilərə qarşı döyüşüb. Təslim olmadığını görən dığalar, 22 Xocalı sakinini gözü önündə güllələyəcəyini deyiblər. Bunu mənliyinə sığışdırmayan Natiq Azərbaycan bayrağını özüylə götürüb təslim olub. Azərbaycan bayrağı, bu gün də yaşayan 22 xocalılı, 5 gün ac-susuz qalan Natiq. Elnur Cəfərov 5 gün ac qala bilərmi?

Elnur Cəfərovu tanıyırsızmı? Bu "Xəzər Lənkəran”ın ümidi o Cəfərovdu ki, "bir vaxtlar heç vaxt "Neftçi”də oynamaram deyirdi”. Bu gün hardadı sizcə? Bilirsizsə, acı-acı gülürsüz. 

Hüseyn Cəbrayıloğlunu tanıyırsız? Azərbaycanın zabiti olub. Murovdağda qulluq edib. Dağda, soyuqda, uçqunun ağzının içində. Həmkarımdı. Böyükağa Hacıyevə "Razıyam "Xəzər Lənkəran” dağılsın, amma "Neftçi”yə uduzmasın” deyən adamdı. Bu gün Tahir Süleymanov demişkən, İbrahimlər, Mahsunlar, Elşənlər, Elnurlar qolu bir kənara qoy, ötürmə verəndə belə hər yanı "dağıdır” ki, bu "xəzər”lidir. Onun dumandan görünməyən meydançada "Neftçi”yə vurulan qoldan sonra üzündəki sevinci görmüsüzmü? Mən görmüşəm, Elnur Cəfərov görübmü? Elnur Cəfərovu tanıyırsızmı? İndi "Neftçi”də oynayır, qol vurmağa çalışır "Neftçi” adına. Görəsən, bundan sonra Hüseynin üzünü görübmü? 

Yaşar Vahabzadəni tanıyırsızmı? Ömrünün yarısını məşqçi kimi milli komandalarımızda keçirib axırda 21 yaşlıların baş məşqçisi olmuşdu. Qovdular. Almaniyaya 0:7 uduzandan sonra deyib ki, "məşqçidə günah görmürəm”. Gördüyü bu gün quyruğu qapı arasında olan "böyük adam”ın "zakaz”ıyla milliyə "bayraqsızlar”ı yığmaq olub. Hə, bir də haqqını yeməyək, İslam Oyunlarını qazanıb. Azad Kərimov və Elnur Cəfərovla birgə. Elnur Cəfərovu tanıyırsızmı? Birləşib jurnalisti döymək istəyən "trio”nun üzvüdü. Bəxti gətirib. Həmkarımı deyirəm. Elnurun ayağı güclüdü axı. 
Hacı İlqarı tanıyırsızmı? Qarabağ qazisidi. Bədəni qəlpələrlə doludu. Futbolun, Azərbaycanın, millinin fanatıdı. Azərbaycan Polşaya 0:8 uduzandan sonra üstünə təcili tibbi yardım çağırıblar. Ölürmüş əməlli-başlı. İndiyədək Aslan Kərimova nifrət edir. Deyir "o rəzalətdən sonra Aslanı küçədə gülərək gəzən görmüşdüm”.  0:8, aşağılanan Azərbaycan bayrağı, gülən üz. Hacını qınamaq olmur. Görəsən, o Elnur Cəfərovu tanıyırmı? Elnur müharibəsiz şəraitdə, beşulduzlu otellərdə, kef-damaqda gəzən, ən əsası 21-ci əsrdə Almaniyaya 0:7 uduzan millinin əsas üzvüdür. Oyun bitəndən bir gün sonra yeni "inomarka”sının şəklini paylaşıb. Özü ağılda komanda yoldaşları da gülüş, ürək, aşk mesajları veriblər. 

Milli 0:7 bayraq günündə uduzmuşdu. O bayraq ki, Alban kilsəsində asılmışdı. O bayraq ki, Murovdağda, Hacının yaralarının üzərində var. Hə, bir də "inomarkalı”, gülüşcüklərlə dolu dostları olan, keçmiş "xəzər lənkəran”lı Elnur Cəfərovun geydiyi, əzilən milli formada. 

Elnur Cəfərovları tanıyırsızmı?  

Rekord.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X