15:51 16.11.2017 2434

U-21-lə bağlı bilmədikləriniz: Kərimovun “aslanlığı” - ÖZƏL

U-21-ə 3 oyunluq baş məşqçi təyin olunan Samir Ələkbərovun Kosovoyla oyundan sonra baş verənləri ictimaiyyətə açıqlaması gündəmi zəbt etdi. Köməkçilərinin - Aslan Kərimovla Cahangir Həsənzadənin işinə müdaxilə etdiyini , müxtəlif adamlardan "filankəsi milliyə götür” sözünü eşitməmək üçün telefonundan bezdiyini söyləyən sabiq hücumçuya reallığı ortaya qoyduğu üçün təşəkkür də düşür.


Fanat.Az-a etibarlı mənbədən verilən məlumata görə, Ələkbərova təhkim edilən post öncə baş katib Elxan Məmmədova daha yaxın mütəxəssisə - Kərimova təklif olunub. Lakin tədbirli davranan Aslan bəy Elxan Məmmədovla söhbət zamanı tsiklə uğursuz başlayan millidə "yanmaq” fikrində olmadığını bildirib, seçməni növbəti seçmə mərhələ ərəfəsində çalışdırmaq istəyini dilə gətirib. Belədə, AFFA ona müvəqqəti baş məşqçinin kölgəsində öz işini görmək, ab-havaya öyrəşmək şəraiti yaradıb. Yəni Ələkbərova özünə köməkçi götürmək imkanı yaradılmayıb. O, "get, Aslan və Cahangirlə birlikdə qarşıdakı matçlara hazırlaş” tapşırığı ilə işə başlayıb.


Samir bəyin gedişinin ardından Kərimovun "hakimiyyətdə qalacağı” futbolçulara da çatdırılıbmış. Gənclər 3 oyunluq çalışdırıcı yola salınandan sonra yığmada qalmaq, heyətə düşmək üçün Kərimov – Həsənzadə cütlüyünü əsas söz sahibi kimi qəbul edib. İş o həddə çatıb ki, Almaniyada qeydə alınan 1:6 hesablı yenilgidən öncə start "11-liy”i quran mütəxəssislər arasında fikir ayrılığı yaranıb, ciddi mübahisə düşüb. Belə desək, iki qoçun başı bir qazanda qaynamayıb. Həsənzadə isə qismən neytral mövqe tutub. Almanlardan Bakıda alınan 0:7 hesablı yenilgi suları bri qədər də bulandırıbsa, Kosovoyla görüşdə Ələkbərovun fikirlərinə ümumiyyətlə, məhəl qoyulmayıb. Əvəzləmələr belə, birbaşa Aslan bəyin istəyiylə həyata keçirilib. Qələbəyə ümid edən baş məşqçi ümumi ab-havanı pozmamaq xatirinə çəkişmələri ictimaiyyətdən gizlədiyi dönəmdə psixoloji sarsıntı içində sözü keçməyən mühitdə olmaq məcburiyyətində qalıb. Və nəhayət, partlayıb...

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X