20:47 20.11.2017 1633

İlham Əliyev: "Millinin daha çox uğur qazanacağına ümid edirik"

Prezident İlham Əliyev noyabrın 20-də FİFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.

Fanat.Az xəvər verir ki, FİFA prezidenti Canni İnfantino Azərbaycana gəlişindən və dövlətimizin başçısı ilə görüşündən məmnunluğunu bildirib. O, Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsinin və ilk sammitin paytaxtımızda keçirilməsinin əhəmiyyətini qeyd edib.

İlham Əliyev Bakıda keçiriləcək FİFA İcraedici Futbol Sammitinin önəmini qeyd edib və bu tədbirin çox uğurlu olacağına əminliyini bildirib. FİFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlətimizin başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Ölkəmizdə idmanın inkişafına toxunan dövlətimizin başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan Prezident İlham Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün ölkəmizdə bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib. Ölkəmizdə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlətimizin başçısı bildirib ki, futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq. Prezident İlham Əliyev əminliklə bildirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın ölkəmizə səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

FİFA prezidenti Canni İnfantino deyib: "Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir. Mən hələ FİFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

Canni İnfantino Bakının "Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino, eyni zamanda, bildirdi ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğuladı və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd etdi.

Sonra Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim edib.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

09:00

"Borussiya Dortmund" meksikalıları məğlub edib "Real"a rəqib oldu

01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X