Topaz Liqası və Azərbaycan Kubokunun təqvimində növbəti dəyişiklik edilib. Fanat.Az xəbər verir ki, çempionatın XIV turunun "Qarabağ” – "Neftçi” və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ” – "Qaradağ Lökbatan” və "Neftçi” – "Zaqatala” matçlarının vaxtını dəyişdirilib.
Peşəkar Futbol Liqası ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ”ın müraciətinə əsasən bu addımı atıb. Klub İtaliyanın "Roma” komandası ilə oyuna daha yaxşı hazırlaşmağı əsas gətirdiyindən, PFL "Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq onların istəyi müsbət dəyərləndirilib.
Bu üzdən "Qarabağ” – "Neftçi” matçı dekabrın 2-dən 1-nə, "Qarabağ” – "Qaradağ Lökbatan” və "Neftçi” – "Zaqatala” görüşləri noyabrın 29-dan 28-nə keçirilib.
Qeyd edək ki, "Roma” ilə qarşılaşma "Qarabağ” üçün formal xarakter daşıyır. Çünki VI turun nəticəsindən asılı olmayaraq təmsilçimiz C qrupunda sonuncu yeri tutub.
Fanat.Az