21:02 26.11.2017 1441

Ayxan Abbasov hakimlikdən şikayətləndi: \"Çatdıra bilmirlər\"

"Gərgin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, matçın əvvəlində səhv etdik. Qarşılaşmadan öncə də uşaqlara demişdim ki, "Qarabağ” səhvi bağışlamır. Bundan sonra komanda bir qədər ruhdan düşdü. Bunun da nəticəsində rəqib ikinci qolu vurdu”. Bu sözləri "Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
 
Topaz Premyer Liqasının XIII turunun son matçında "Qarabağ”la qarşılaşan qəsəbə təmsilçisinin çalışdırıcısı matçın ağır keçdiyini bildirib: "Fasilədən sonra heyətdə dəyişiklik etməklə vəziyyəti nisbətən düzəldə bildik. Oyun yüksək tempdə keçdi. Bəlli idi ki, yan xətt hakimləri bu tempə çatdıra bilmir. Heç vaxt hakimlər barədə danışmamışam. Ancaq iki ofsayd qərarında səhvə yol verdilər. Maraqlıdı ki, səhv etdiklərini də qəbul etmək istəmirlər. Ofsayd qərarları mənim olduğum yerdən verilmişdi. Hələ heç nə itirilməyib”.
 
- Qurban Qurbanov sizin işinizi bəyəndiyini dedi. Gələcəkdə milli komandalardan birində çalışmağı təklif etsə, razılaşarsız?
- Qurban müəllimə təşəkkür edirəm. O, "Qarabağ”da baş məşqçim olub. Məşqçiliyə də onun təşəbbüsü ilə gəlmişəm. Amma bu gün üçün mən "Zirə”nin baş məqşçisiyəm. Əlbəttə, milli komandada işləmək şərəfdi. Ancaq hazırda mən özümü millidə görmürəm, buna hazır da deyiləm. Bütün diqqətimi "Zirə”yə yönəltmişəm.
 
- Yusif Nəbiyevin əvəzlənməsi onun ilk iki qolda səhvi ilə əlaqədar idi?
- Limit futbolumuzun inkişafı üçündü. Ancaq bu, heç də həmişə komandanın xeyrinə olmur. Gördüm ki, Yusif oyunun tempinə uyğunlaşa bilmir. Buna görə, onu əvəzləmək qərarına gəldim. Yusif istedadlı oyunçudu, ancaq bu qarşılaşmada onda alınmadı.
 
- Komandada sanki psixoloji vəziyyət qaydasında deyildi, futbolçularda gərginlik hiss olunurdu...
- Gərginlik əlbəttə olacaq. "Qarabağ”a qarşı çıxış edirdik. Təzyiq var idi. Çalışmışdıq ki, bu gərginliyi futbolçulardan götürək. Çox istəyirdik ki, "Qarabağ”ı məğlub edək. Həmişə sual verirdiz ki, "Qarabağ”a niyə qol vura bilmirik. Bu gün onlara iki qol vurduq, inşallah, tezliklə məğlub da edəcəyik.(Apasport.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X