"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Mahir Mədətovun xarici klubların diqqətində olması barədə danışıb.
Fanat.Az xəbər verir ki, bu gün Topaz Premyer Liqasında "Neftçi” üzərində qələbədən (1:0) sonra jurnalistlər önünə çıxan mütəxəssis maraqlı cavabla yadda qalıb: "Bu barədə onun atasından soruşun. Məndə bu haqda heç bir məlumat yoxdu”
Qeyd edək ki, futbolçunun atası – tanınmış prodüsser Anar Mədətov "Lider” televiziyası vasitəsiylə yayımlanan "Bu bizik” verilişində telefonla canlı qatıldığı zaman Mahirin qış fasiləsində başqa klublara keçə biləcəyini deyib.
Fanat.Az