Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını sabah "Roma”ya qarşı keçirəcək "Qarabağ” dünəndən İtaliyadadı. Fanat.Az xəbər verir ki, Ağdam klubu oyun günü də məşq edəcək.
Belə ki, Qurban Qurbanovun yetirmələri sabah "Aqua Aketosa” məşq meydançasında oyunun son hazırlığını keçəcək. Məşq prosesi Bakı vaxtı ilə saat 15:00–da start götürəcək.
Qeyd edək ki, "Roma” – "Qarabağ” qarşılaşması saat 23:45-də başlanacaq.
Fanat.Az