Sabah keçiriləcək "Roma" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransı baş tutub. Fanat.Az xəbər verir ki, mətbuat konfransda iştirak edən İtaliya klubunun futbolçusu Daniele De Rossi oyunla bağlı fikirlərini bildirib:
"Mənim Avropada oyun təcrübəm var. Belə qarşılaşmalara istənilən böyük oyun kimi hazırlaşırıq. Bu, derbidən və ya "Yuventus"la "Roma"ya qarşı görüşlərdən heç nə ilə fərqlənmir. Taktiki cəhətdən məsələ tam aydındı. Məqsəd qalib gəlməkdi. Bu il bizim strategiya hər bir oyuna analoji qaydada yanaşmaqdan ibarətdi. Bu, bizə öz bacarığımıza böyük əminlik verib. Biz müəyyən oyunlara fərqli hazırlıq keçmirik. Həmişə eyni qaydada çıxış edirik. Bu, bizim builki mövsümdə ən güclü tərəflərimizdən olub.
Biz dəfələrlə qrup mərhələsini keçmişik. Amma heç vaxt belə sərt rəqiblə qarşılaşmamışıq. "Qarabağ" "Atletiko"dan xallar almağı bacarıb, "Çelsi"yə əməlli-başlı problem yaradıb. İlk növbədə, diqqətimizi bu mərhələni keçməyə yönəldək. Bundan sonra Çempionlar Liqasında mənim üçün ən gözəl gecələrdən birini yaşayaq".
Fanat.Az