23:08 05.12.2017 2690

"Qarabağ" Romada sürpriz edə bilmədi

Bu gün Çempionlar Liqasının qrup mərhələsində son tura start verilib. Fanat.Az xəbər verir ki, "Qarabağ" VI turun oyununa səfərdə çıxıb.

Azərbaycan çempionu İtaliyada "Roma"nın qonağı olub. Paytaxt Romadakı Olimpiya stadionunda keçirilən və Bakı vaxtı ilə saat 23.45-də başlayan qarşılaşmada ədaləti alman FIFA referisi Tobias Stieler qoruyub.

"Qarabağ" üçün forma xarakter daşıyan görüşdə meydan sahibləri bütün komponentlərdə təmsilçimizi qabaqlayıb və tək qolla istəyinə çatıb. "Çelsi"yə (0:6, 0:4) və "Roma"ya hər iki matçda (1:2, 0:1) uduzan Qurban Qurbanovun yetirmələri "Atletiko" ilə görüşlərdə iki xal qazanaraq (0:0, 1:1) yekunda son pilləni tutub. 

Bu oyun qrupdan Çempionlar Liqasının 1/8 finalına çıxacaq və Avropa Liqasına gedəcək komandanı müəyyənlənşdirib. "Roma" qələbə qazandığından və paralel keçirilən qarşılaşmada "Çelsi" öz meydanında "Atletiko"yla bərabərə qaldığından (1:1) İspaniya klubu Avroliqaya vəsiqə verən üçüncülüklə kifayətlənib. 

Çempionlar Liqası
2017/18 mövsümü
C qrupu, VI tur

5 dekabr
Roma (İtaliya) - Qarabağ (Azərbaycan) - 1:0
Qol: Perotti, 53.
Hakimlər: Tobias Stieler, Mayk Pikel, Yan Seydel, Kristian Gittelmann (Almaniya).
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers (Almaniya).
Roma. Olimpiya stadionu.
 
"Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
Baş məşqçi: Eusebio de Françesko
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov


 

1

Çelsi

6

3

2

1

16-8

11

2

Roma

6

3

2

1

9-6

11

3

Atletiko

6

1

4

1

5-4

6

4

Qarabağ

6

0

2

4

2-14

2


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X