Çempionlar Liqasının son turu çərçivəsində baş tutan "Roma” - "Qarabağ” (1:0) oyunundan sonra ağdamlıların yarımmüdafiəçisi Əfran İsmayılov jurnalistlər önünə çıxıb. Fanat.Az xəbər verir ki, milli üzvü İtaliyanın paytaxtına ezam olunmuş azərbaycanlı media mənsublarına açıqlama verib:
"Çempionlar Liqasında son oyunumuz idi. Evə yaxşı nəticə ilə qayıtmaq istəyirdik. Uduzsq da, pis mübarizə aparmadıq. Amma "Roma” elə "Romadı! Elə oyunçuları var ki, əlinə düşən ən kiçik şansı da qaçırmır. Bu oyunu unudub qarşıdakı matçlara köklənməliyik. Ümumi çıxışımıza baxsaq, bu qrupda qazandığımız 2 xalı yaxşı nəticə hesab eləmək olar. Avropanın nəhəng komandaları ilə oynadıq. "Atletiko” kimi komandadan xallar ala bildik. Kimlə forma dəyişdim? Heç kimlə. Mən heç vaxt rəqib komandanın oyunçularıyla forma dəyişmirəm".
Fanat.Az