"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev "Roma” ilə oyundan sonra De Rossi ilə forma dəyişib və bu rəqibin səviyyəsinə çatması üçün bircə şansa ehtiyacı olduğunu açıqlayıb. Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin son matçının ardından yarımmüdafiəçi belə deyib:
"De Rossi dünya və Avropa çempionatlarında çox oynayıb, onu daha yaxşı tanıyırıq. Formanı dostum üçün aldım. Mənə De Rossi olmaq üçün nə lazımdı? Bircə şans. O şans düşsə, bu suala cavab verəcəm".
Qara ÇL macərası haqda da düşüncələrini bölüşüb: "Matçın daha gərgin keçəcəyini gözləyirdik. Çünki qrupdan kimin çıxcağına bu oyunda qərar veriləcəkdi. Amma ilk hissədə lazımi səviyyədə müdafiə olunduq. İkinci hissədə isə ənənəvi ilk 15 dəqiqə təzyiqinə dözə bilmədik. Ani diqqətsizlik qolla nəticələndi. Sonra oynamağa çalışdıq. Ancaq "Roma”ya qarşı səfərdə oynamaq elə də asan iş deyil. Kimisə fərqləndirmək istəmirəm, ancaq Şehiçdən tutmuş ən ucdakı Ndlovuya qədər hər kəs ona tapşırılan işin öhdəsindən gəlməyə çalışdı. Ən azından 70-80% bunu bacardıq. İndi daha çox əmin oluram ki, komanda bu cür turnirdə oynayırsa, ehtiyat oyunçular skamyası daha zəngin olmalıdı. Düşünürəm ki, ölkəmizi, xalqımızı yaxşı təmsil etdik".
Fanat.Az