Madrid "Atletiko"su komandanı 2011-ci ildən çalışdıran Dieqo Simeone dönəmində ilk dəfə Çempionlar Liqasının qrupunda qalıb. Fanat.Az xəbər verir ki, "Qarabağ"la eyni qrupda yer alan və təmsilçimizlə hər iki oyunda (0:0, 1:1) bərabərliyə razılaşan "hindular"ın ümidləri bu gecə puça çıxıb.
Belə ki, ispanlar səfərdə "Çelsi"ni yenəcəyi, "Roma" paralel keçirilən görüşdə "Qarabağ"a qalib gələ bilməyəcəyi halda, Simeonenin komandası arzusuna çatacaqdı. Lakin ağdamlılar Romada 0:1 hesablı yenilgiylə barışıbsa, "zadəganlar" öz meydanında madridlilərlə heç-heçə edib - 1:1.
Fanat.Az