Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı qapıçısı bəlli olub. Fanat.Az xəbər verir ki, Avropanın ən nüfuzlu futbol turnirinin qrup matçlarında ən çox qurtarış edən əlcək sahibi müəyyənləşib.
"Qarabağ”ın qapıçısı İbrahim Şehiç rəqib tanımayıb. Bosniya və hersoqovinalı qolkiper 6 oyunda hamıdan çox – 35 seyv edib. O, turnirin ən yaxşısı adını 3 seyvlik fərqlə qazanıb. "Maribor”un "çərçivə" qoruyucusu Yasmin Handanoviç 32 qurtatışa ikinci, MOİK-in qolkiperi İqor Akinfeyev 29 seyvlə üçüncüdü.
Fanat.Az