20:50 11.12.2017 2394

"Qarabağ"dan əzmkar qələbə, "Qəbələ" tək qolla güldü

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Günün ilk oyununda "Qəbələ" "Səbail"i qəbul edib. Premyer Liqadakı hər iki oyunda bu rəqibi 3:1 hesabı ilə yenən "qırmızı-qaralar" bu dəfə çətin qələbə qazanıb - 1:0. "Qəbələ"yə qələbə qazandıran qola 59-cu dəqiqədə Stiven Monroz imza atıb.

Son oyunda kubokun sonuncu qalibi "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Ağdam və Sumqayıt təmsilçiləri ardıcıl 3-cü dəfə bu mərhələdə üz-üzə gəlir. Bundan əvvəlki hər iki halda mərhələadlayan "Qarabağ" bütün qarşılaşmalarda "Qarabağ" qələbə qazanıb. Bu dəfə də istisna olmayıb. Düzdü, hesabı 24-cü dəqiqədə Rəşad Eyubov açıb. Meydan sahibləri buna 57-ci dəqiqədə Riçard Almeydanın qolu ilə cavab verib. 85-ci dəqiqədə isə Pedro Enrike qələbə qolunu vurub. 3 dəqiqə sonra "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev qırmızı vərəqə alıb.

Qeyd edək ki, mərhələnin ötən gün keçirilən iki oyununda "Keşlə" "Kəpəz"i 2:0, "Zirə" "Neftçi"ni 1:0 hesabı ilə yenib. Cavab oyunları dekabrın 14-15-də keçiriləcək. 

Azərbaycan kuboku
2017/18 mövsümü
1/4 final (ilk oyunlar)

11 dekabr
Qəbələ - Səbail 1:0
Qol: Stiven Monroz, 59.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.
 
19.00 Qarabağ - Sumqayıt 2:1
Qollar: Riçard Almeyda, 57. Pedro Enrike, 85 - Rəşad Eyubov, 24.
Qırımızı vərəqə: Fərhad Vəliyev, 88.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda (k), 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 18. Tarik Elyunussi, 14. Famil Camalov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 13. Bəhlul Mustafazadə, 20. Səbuhi Abdullazadə, 28. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
"Azersun Arena”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X