"Maraqlı oyun oldu. "Qarabağ” üstün futbol sərgilədi. Bu komanda Azərbaycan çempionatının səviyyəsini aşmış komandadı. Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm".
Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Seymur Rəhimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"a 1:2 hesablı məğlubiyyəti şərh edərkən söyləyib.
O, bildirib ki, "Sumqayıt"ın heyətinin 70 faizi gənclərdən təşkil olunub: "Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridi. Kubok oyunu iki matçdan ibarətdir. Çalışacağıq mərhələni adlayan tərəf biz olaq".
Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov PRO kateqoriyalı məşqçi kursları ilə əlaqədar, "Atletiko”nun düşərgəsinə yollandığından, oyunsonrası mətbuat konfransında Rəhimov iştirak edib.
Fanat.Az