"Sumqayıt" "Anji" ilə yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Mahaçqala klubunun rəsmi saytı məlumat yayıb. Oyun Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-i keçiriləcək.
Qeyd edək ki, "Anji" Rusiya Premyer Liqasının turnir cədvəlində 16 komanda arasında 19 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.Az