"Qarabağ”ın məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kurslarının tələblərinə əsasən dekabrın 9-da Bolqarıstana yollanıb.
Fanat.Az xəbər verir ki, 6 günlük proqram ərzində məşqçi Bolqarsıtanda "Levski” və "Ludoqorets”in bazasında olacaq. Məşqçi "Ludoqorets”də akademiya fəaliyyəti ilə yaxından tanış olub, akademiyanın direktoruyla görüşüb və fikir mübadiləsi aparıb.
Rəhmanov "Levski”nin də məşqçilər heyəti, "Latsio” və "Fiorentina”nın sabiq çalışdırıcısı, hazırda da elə bu komandaya rəhbərlik edən Delio Rossiylə görüşəcək. Komandanın 1 həftəlik hazırlıq prosesi ilə tanış olacaq.
Fanat.Az