"Qarabağ"ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanov "Çelsi"nin düşərgəsinə yollanır. Fanat.Az xəbər verir ki, buradə mütəxəssis özü açıqlama verib.
Qurbanov təcrübəsini artırmaq üçün London klubunu seçib: "Fərqli klublarda olub, fərqli məşqçilərlə görüşmüşəm. Mənim üçün hər bir lider məşqçi ilə görüşmək maraqlıdır. Kontenin də təcrübəsi, düşüncələri, uğurları çoxdur. Ona görə bu komandanı seçdim".
Fanat.Az