Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində Uels 0:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən "Penalti epizodunda köməkçilərimin dediyinə görə, təmiz penalti var idi. Bəlkə də, penalti verilsəydi, nəticə başqa olardı " deyib.
Köməkçiləri düz deyib, penalti var idi. Elə Yurçeviç də düz deyib: "Penalti verilsəydi, nəticə başqa olardı".
Belə ki, penalti veriləcəyi halda, dəqiq yerinə yetirilsəydi hesab 1:2 olardı.
Xalına qurban, xal dəyişməyəcəkdi e, xal, "oçko".
Aləm dəliyə həsrət, biz ağıllıya.
Müxtəsər Mustafa