AFFA İntizam Komitəsinin 2017-ci ildə son iclas keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri 18 dekabrda baş tutan Bakcell U-17 Liqasının "Keşl?” - "Neftçi” İK İB qarşılaşmasını müzakirəyə çıxarıb.
Matçın 89-cu dəqiqəsində "Neftçi” İK İB-nin baş məşqçisi Elçin Dərgahquliyev İntizam Komitəsinin 18 №-li protokoluna əsasən texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.
Fanat.Az