AFFA İntizam Komitəsi 2017-ci il üçün sonuncu iclası baş tutub. Və qurum uşaq liqalarında texniki məğlubiyyət sayını rekord həddə çatdırmaqla, həm də ölkə futbol təsərrüfatının idarəçiliyinə qiymət verib.
Beləliklə, U-12 Liqasında "Telman” FM, U-10 Liqasında "Təhsil” FM heyətində yetərsay olmamasına görə texniki məğlubiyyət alıb. U-13 Qızlar Liqasında "Sumqayıt" və "Fidan" yaş limitinin pozulmasına görə eyni aqibətlə üzləşib.
Daha bir belə hesab AFFA-nın yeni yaratdığı və cəmi 2 turu baş tutan Regional Liqasında reallaşıb. Dünən xəbər verdiyimiz kimi, "Ümid” "Tufan”la matçda təhlükəsizliyi təmin etmədiyinə görə 0:3-ə üzülüb.
Beləliklə, 3 ay ərzində AFFA-nın təşkil etdiyi müxtəlif yarışlarda 52 texniki məğlubiyyətqeydə alınıb. Bu, növbəti dəfə işin peşəkarlara deyil, bacarıqsız dost-tanışa tapşırıldığını göstərir. Futbolumuzun gələcəyi təhlükədədi.
Texniki məğlubiyyət – 52
Yetərsay olmamasına görə - 17
İştirak etməməyə görə - 24
Lisenziyası olmayana görə - 6
Yaş limitinin pozulmasına görə - 4
Təhlükəsizlik təmin olunmadığına görə - 1
Kənarlaşdırma - 3
Mənbə: Futbolinfo.az