Çexiyanın "Mlado Boleslav” klubundan ayrıldıqdan sonra Kamran Ağayev "Keşlə”nin şərəfini qoruyacaq.
Fanat.Az xəbər verir ki, qapıçı "Keşlə” ilə müqavilənin şərtlərini razılaşdırıb və yeni ilin ilk günlərində Yuri Maksimovun rəhbərliyi altında hazırlıqlara başlayacaq.
Son bir-neçə ildə tez-tez klub dəyişən, heç bir komandanın formasını 6 aydan çox geyinməyən millimizin "1 nömrə”si "Keşlə”də də uzun müddət duruş gətirməyəcək. Əslində, burda təəccüblü heç nə yoxdu. Kamran özü də yayda "Keşlə”ni tərk edəcəyini, uzun müddət qəsəbə təmsilçisində oynamaq fikrində olmadığını təsdiqləyib.
Qolkiper "azerisport.com”a verdiyi müsahibəsində bu məqama belə toxunub:
"Keşlə” indi çətin günlərini yaşayır. Çalışacağam ki, onlara bu vəziyyətdən çıxmağa kömək edim. Çox istərdim ki, klub imicini bərpa edək. Amma istənilən halda mənim planlarıma yayda "Keşlə”ni tərk etmək daxildir. Mən ümumiyyətlə, ölkədən getməyi planlaşdırıram. İmkan olsa, xarici klublara gedəcəm”.
Fanat.Az