"Keşlə" qış fasiləsində növbəti dövrənin oyunlarınının hazırlıqlarına Bakıda start verəcək.
Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda yanvar ayının 5-də bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıqlar çərçivəsində "Keşlə” iki yoxlama matçı keçirməyi planlaşdırır. Yanvar ayının 14-də komanda "Neftçi” FK ilə qarşılaşacaq. İkinci yoxlama matçı "Qaradağ-Lökbatan”la olacaq. Birinci divizon təmsilçisilə qarşılaşmanın tarixi barədə əlavə məlumat veriləcək.
Bakı toplanışından sonra "Keşlə"Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.
Fanat.Az