"Kəpəz”in əsas komandasının üç futbolçusu əvəzedici heyətə göndərilib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Əli Səmədov, Əli Əliyev və hücumçu Fərid Məmmədov əvəzedici komandada çıxış edəcək.
Bununla belə, hər üç oyunçu ara-sıra əsas komandanın hazırlıq proseslərinə və oyunlara cəlb olunacaq.
Qeyd edək ki, "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov bundan əvvəl Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Novruz Məmmədov, Azad Kərimov, Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanovu komandadan kənarlaşdırıb.
Fanat.Az