"Nefçti” və "Keşlə” yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında baştutan qarşılaşma "Keşlə”nin qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı "Neftçi” açıb. Mirabdulla Abbasov ilk hissədə fərqlənib. İkinci yarıda isə "ağ-qaralar”ı "Keşlə”yə dəyişən Məqsəd İsayev köhnə komandasına əsl gücünü göstərib. O, əvvəlcə özü fərqlənib, ardınca isə isə Pərdis Fərcad-Azada qol ötürməsi edərək klubunun qələbə qazanmasında əsas rolu oynayıb.
Qeyd edək ki, bu, "Keşlə”nin ikinci hazırlıq oyunu olub. İlk görüşdə I divizion təmsilçisi "Qaradağ Lökbatan”la qarşılaşmış komanda 3:1 hesablı qələbə qazanmışdı.
Fanat.Az