"Keşlə” toplanışın Bakı mərhələsini yekunlaşdırıb.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə bakılılar sabah səhər saatlarında Türkiyəyə uçacaq. "Adalya Elit Lara” otelində məskunlaşacaq paytaxt təmsilçisi 2 fevral tarixinədək orda qalacaq və 3 sınaq matçına çıxacaq. Yuri Maksimovun yetirmələri yanvarın 26-da "Rabotniçki” (Makedoniya), 29-da "Karpatı” (Ukrayna), fevralın 1-də isə "Yenisey”lə (Rusiya)üz-üzə gələcək.
Artıq yamaykalı hücumçu Andre Klennon da Bakıdadı. 6 aylıq müqaviləyə qol çəkməyə hazırlaşan forvard komandayla birlikdə qardaş ölkəyə yollanacaq.
Fanat.Az