İspaniya kubokunun 1/4 final mərhələsində "Atletiko" "Sevilya"ya 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə qalib olan Əndəluz komandası yarımfinala adlayıb.
Madrid klubunun baş məşqçisi Dieqo Simeone uğursuzluğa şərh verib.
"Komandanın tərkibində baş verənlərə görə mən məsuliyyət daşıyıram. Komadanın Çempionlar Liqası və İspaniya kubokundadan kənar qalmasına görə cavab verirəm. Əvvəlki kimi çalışmaq lazımdı. Mövsümün sonuna 4 ayımız var. Nəticəni düzəltmək lazımdır. Oyunçularımı tanıyıram, ona görə ürəyim rahatdı.
Rəqib ilk oyunda da, bu matçda da şanslarından yaxşı istifadə etdi. Bizim imkanlarımız oldu. Lakin "Sevilya"nın qapıçısı yaxşı oynadı", deyə mütəxəssis "Marka"ya açıqlamasında bildirib.
Fanat.Az