11:45 26.07.2021 2216

Pekhart Mahir haqqında: “İnanılmaz dərəcədə yaxşı oğlandır”

Varşava "Legiya”sının hücumçusu Tomaş Pekhart klubun saytına müsahibəsində Mahir Emreli ilə bağlı danışıb,aralarındakı rəqabətdən bəhs edib.

Fanat.Az xəbər verir ki, təcrübəli forvard ona ünvanlanan "Sən AÇ-2020-də olarkən Mahirin adının tez-tez çəkilməsini eşidəndə nə düşünürdün” sualına belə cavab verib: "Heç nə (gülür). Düzü, matçların hamısını izləmədim. Ancaq nəticələrdən xəbərdar idim və sevinirdim. Əvvəldən bilirdim ki, klub qol vuracaq birini axtarır. Çünki əvvəllər bu məsuliyyət daha çox mənim üzərimdə idi. Bu baxımdan yalnız bir oyunçuya etibar etməmək vacibdir. Belədə rəqiblərin işi asanlaşır, çünki onlar sadəcə hücumçunu kəsir və təhlükəni əhəmiyyətli dərəcədə zərərsizləşdirirlər. Mövsüm ərzində işim getdikcə çətinləşirdi. Çünki həmişə üç-dörd müdafiəçiyə qarşı oynayırdım. İndi hücumda məndən başqa, Mahir də olacaq. Bizə gəldiyinə görə sevinirəm, çünki birlikdə çox təhlükəli ola bilərik. Hələ gəncdir, karyerasının başlanğıcındadır. Daha da yaxşı olacaq”.

Pekhart Mahir Emreli ilə yaxşı yola getdiklərini deyib: "Mən ümumiyyətlə o tip insan deyiləm. Keçən mövsüm komandada Mahir kimi qol vuran birinin olmasını arzulayırdım. Komandada rəqabətçi olmalısan, xüsusən də Avropada oynamaq istəyirsənsə. "Lex”in (Poznan) aqibətini xatırlayırsız? Mövsümə yaxşı başladılar, amma kifayət qədər geniş heyətə sahib olmadılar və liqanı 11-ci yerdə başa vurdular. Çünki üç gündən bir eyni heyətlə oynaya bilməzsən. Ən azından Avropa Liqasının qrup mərhələsinə ümid edirəm. Geniş bir heyət və rəqabət komandaya müsbət təsir göstərir. Heç vaxt mənim yerimdə oynayan birisi ilə problem yaşamadım. Məsələn, Jose Kante hələ bizimlə olarkən, həqiqətən yaxşı dost idik. Mahiri bir həftədir tanıyıram və çox yaxşı münasibətlərimiz var. İnanılmaz dərəcədə yaxşı oğlandır. Düşünürəm ki, həm meydanda, həm də meydandan kənarda əla tandem olacağıq”.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X