"Qəbələ" klubu qış fasiləsində yollarını ayırdığı qapıçı Aqil Məmmədovu geri qaytarmağı qərara alıb.
Bu barədə "Report"a "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, gözlənilmədən "Neftçi" ilə yollarını ayıran 29 yaşlı qolkiper tezliklə əvvəlki komandasına dönəcək: "Aqilin "Neftçi"dən ayrılmaq istədiyini eşitdik. Biz də qapıçı axtarışında idik. Ona görə də komandamıza qayıtmasını istədik".
Qeyd edək ki, Aqil Məmmədov "Neftçi" ilə 2017-ci il dekabrın 29-da azad agent kimi 1 illik müqavilə bağlamışdı. Onun "Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulmuşdu.
Fanat.Az