Tarik Elyunussi "Qarabağ"dan ayrılıb. Fanat.Az xəbər verir ki, "Olimpiakos"dan icarəyə götürülən Norveç millisinin üzvü İsveçin AİK klubuna keçir.
Expressen.se saytının məlumatına görə, tibbi müayinədən keçmək üçün yanvarın 29-da Dubayda təlim-məşq toplanışında olan klubun düşərgəsinə yollanacaq futbolçu artıq "Olimpiakos"la yollarını ayırıb.
Qeyd edək ki, Tarik Elyunussi "Olimpiakos"a 2016-cı ildə "Hoffenhaym"dan 1 milyon avroya transfer olunub. Alman klubu isə onu 2013-cü ildə "Rusenborq"dan 3 milyon avroya almışdı. 29 yaşlı futbolçu "Qarabağ"ın heyətində 8 rəsmi oyuna çıxıb.
Fanat.Az