Antalyada təlim-məşq toplanışını davam etdirən "Zirə” bu gün növbəti dəfə yoxlama görüşündə qüvvəsini sınayıb. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi "Avanqard”la üz-üzə gəlib.
Baş məşqçi Ayxan Abbasovun komandası ikinci sınaq matçını Manavqat Bələdiyyəsinin "Atatürk” stadionunda keçirib. Bir qədər əvvəl başa çatan oyun Rusiya klubunun 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Zirə” Türkiyədəki ilk yoxlama görüşündə Rumıniya təmsilçisi "Volentaru” üzərində (2:0) qələbə qazanıb.
30 yanvar
Zirə (Azərbaycan) - Avanqard (Rusiya) 0:3
Qollar: İlnur Alşen, 5. Roman Minayev, 59. Aleksandr Tarapovski, 77-pen.
Zirə: Abdulla Seyidəhmədov, Adil Nağıyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Milan Duriç, Elşən Abdullayev, Viktor İqbekoyi, Mirsahib Abbasov, Sadio Tounkara, Vüsal İskəndərli.
Avanqard: Stanislav Kozerev, Mixael, Boqayev, İlya Bobruşov, Aleksandr Konsetdalov, Denis Nikitin, Denis Sinyayev, İlnur Alşen, Ravil Nitfulin, Roman Minayev, Denis Voynov, İslam Tulupov.
Fanat.Az