Antalyada təlim-məşq toplantısında olan birinci divizion təmsilçisi "Xəzər" bu gün son yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu Avstriyanın Regional Liqasında çıxış edən "Qarabağ Vyana" ilə qarşılaşıb.
"Akdeniz Universiteti" stadionunda baş tutan oyunda "Xəzər" uduzub - 0:1.
Qeyd edək ki, "Xəzər" bundan əvvəl Bolqarıstanın "Vereya SZ" və Türkiyənin "Kəmərspor" klubuna 2:1 hesabı ilə qalib gəlib, Almaniyanın "FSV Vacker 90” klubuna 0:3 hesabı ilə uduzub.
Fanat.Az