"Qarabağ"ın heyətində Çempionlar Liqasında çıxış etdim. İlk vaxtlar hadisələr istədiyim kimi gedirdi. Lakin sonra zədələndim, 2 ay yaşıl meydanlardan kənarda qaldı. Çempionlar Liqasının son oyunlarını buraxmalı oldum. Mən isə "Qarabağ”a məhz Çempionlar Liqasında çıxış edib təcrübə toplamaq üçün getmişdim". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi deyib.
"Qarabağ"ın "Olimpiakos"dan icaryə götürdüyü Norveç millisinin üzvü ölkəmizdə 8 rəsmi oyun keçirib. O, "Olimpiakos"la müqaviləsini pozaraq AİK-lə sözləşmə imzalayıb.
Elyunussi İsveç mediasına müsahibəsində "Qarabağ"dan ayrılmasının səbəbini açıqlayıb: "Başqa komandaya da gedə, "Qarabağ”da qalıb yaxşı pul da qazana bilərdim. O cümlədən "Olimpiakos”a qayıtmağım mümkün idi. Amma mən pulu deyil, uğurlu karyeramı fikirləşdim”.
Futbolçu AİK-lə İsveç çempionu olacağına inandığını bildirib: "AİK mənim üçün böyük çağırış idi. Burda yaxşı qarşılandım və özümü çox gözəl hiss edirəm. Yenidən başlanğıc etmək üçün AİK-in təklifini qəbul etdim. Hələ də öz ambisiyalarım var. AİK-lə 2 illik müqavilə imzalamışam. Tam olaraq bu komandanın oyunlarına köklənəcəm. "Malmö" ilə qızıl medallar uğrunda mübarizə aparmağa hazırlaşırıq. Belədə avrokuboklarda iştirak edəcəyik. Bunlar mənim hədəflərimdi".
Fanat.Az