"Mamelodi Sandauns"ın futbolçusu Xama Billiatın "Qarabağ"a keçidinin baş tutmasına səbəb maliyyə məsələlri olub. Fanat.Az xəbər verir ki, Cənubi Afrika Respublikası təmsilçisinin zimbabveli hücumçu tələb etdiyi məbləğ Ağdam klubunu razı salmayıb.
Belə ki, "Mamelodi Sandauns" 28 yaşlı hücumçu üçün 2,5 milyon dollar tələb edir. Bu isə hazırkı məzənnə ilə 4 milyon 250 min manat deməkdi. "Qarabağ" Xama Billiatın özü ilə anlaşsa da, klubla razılığa gələ bilməyib.
Həmçinin bildirilir ki, tərəflər arasında transfer danışıqları davam edir. Zibabveli futbolçunu "Qarabağ"la yanaşı, "Orlando Pirates” klubu da istəyir.
Qeyd edək ki, Xama Billiata karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandauns" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə 12 rəsmi oyuna çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Billiat "Mamelodi Sandaunz"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.
O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.
Fanat.Az