14:15 09.02.2018 1999

Klubda ordu görüb, orduda klub görməyənlər üçün

Bizdə həmişə belə olub: göylə getmək istəmişik, amma qanadsız olduğumuz son anda yadımıza düşüb, ağıllı görünmək istəmişik, yenə də başımızın içinin boş olduğunu anlayıb acı həqiqətlə üz-üzə qalmışıq. Heç özümüzə qoyulmamışıq. Təkrar başlamışıq səhvlərə... 

Sıfırdan başlamaq bizlik deyil. Təkrar başlamaq deyəndə, yıxılıb durmaq kimi başa düşməyin ha. Dediyim odu ki, batdıqca, batmışıq. On il pul axıb futbolumuza. Bəli, axıb(!). Dövlət Proqramı adıyla ölkəmizdə futbolun inkişafı üçün... Düz on il. Bəs nəticə? "Neftçi”nin, "Qarabağ”ın, "Qəbələ”nin uğurlarını əldə bayraq edib bəzi savadsız, düşük futbol məmurlarının dövlət qarşısında hesabata dürtdüyü cavabı verməyin, lütfən. "Neftçi”nin maliyyəsi bineyi-qədimdən SOCAR-dandısa, digər iki klubun para mənbəyi də hamıya məlumdu. Yəni dediyim odur ki, xərclənən pula nəzarət mexanizmi varsa, təyinatı üzrə xərclənirsə, uğur gələcək.

Ona görə yenə deyirəm: düz ON İL. Bəs nəticə? Yoxsa, Almaniyada yaratdığınız futbol məktəbi, ora ayrılan illik 3 milyon avro, AFFA-nın həyətində bəh-bəhlə açdığınız Fanat.az-ın ofisi boyda akademiya, Foqtsa 7,2 milyon avro (köməkçilərinin məvacibi bu məbləğə daxil deyil), Proseneçkiyə verdiyiniz 4 milyon (bəlkə də çox) manatdımı nəticə? Nə isə bu yazının mövzusu tamam başqadı, amma sonda gələcəyimiz nəticə eynidi.
 
Dünən Mərkəzi Ordu İdman Klubunun (MOİK) "Xəzər”lə oyununa baxdım. Maraqlı oyun getdi… Adından da məlum olduğu kimi, MOİK Müdafiə Nazırliyinin balansındadı. Düşünməmək mümkün, üzülməmək əldə deyil. Deyirik ki, Qafqazın ən güclü ordusuyuq, hərbi büdcəmiz düşmən ölkənin - mənfur qonşularımızın dövlət büdcəsi qədərdi. Bunları eşitmək xoşdu, qardaşım. Ancaq göylərdən enib yerdəki reallığa baxmaq da şərtdi. Bir nazirlik himayəsində olan 50 nəfərlik kluba bu qədər laqeyiddisə, neynirəm o gücü, neynirəm o büdcəni? 

Razılaşmaya bilərsiz, yazının altında imzam varsa, subyektiv fikrimdi. Amma kim olursan ol, hansı vəzifə və səlahiyyətin olursa olsun, o işin üstündə imzan, adın varsa, nəticə sənin potensialındı, iddiandı! Təbii ki, maliyyə önəmlidi. Amma 3 milyarda yaxın büdcəsi olan qurum üçün 2 milyonluq klub elə də ağır yük sayılmaz. MOİK Azərbaycan futbolunda MN-nin simasıdı. Saxlaya bilmirsinizsə, buraxın klubu. Necə ki, Ədliyyə Nazirliyi etmişdi. Üstündə adı var – ORDU. Mənim üçün ordunun orkestri də, klubu da, avtomobili də, geyimi də daxilindəki vəziyyətdən, intizamdan, ruhdan, gücdən xəbər verir. Ordunun əsgərindən, xorundan, texnikasından, xidməti avtomobilindən, hətta futbolçusundan belə zəhm yağmalıdı. Ordunun xarizması olmalıdı. Dediyim kimi, gücdən danışırıqsa, ordu adında hər şeyə güclü nəzarət olmalıdı. 

MOİK-in illərdi I Divizionda vargəl etməsi, ürəkaçan mənzərə deyil. Kimlərsə futbolu orduya, ordunu futbola qatmağımın yalnış olduğunu düşünə bilər. Ancaq unutmayaq ki, MOİK Müdafiə Nazirliyinindi. Məşhur misaldakı kimi, MN-i gəmiyə bənzədin. Ordu gəminin bir tərəfi, digər tərəf isə nazirliyimizin himayə etdiyi "xırım-xırdalar”. Gəminin bir tərəfi çox qalxacaqsa, çevriləcək. Balans mütləqdi. Alt liqada çırpınan komandaya baxan futbol azarkeşi necə sual verməsin ki, 50 nəfərlik kluba baxa bilməyən nazirliyimiz 70-80 minlik orduya necə baxır?

Soruşursunuz ki, AFFA-dan başladın, Müdafiə Nazirliyində bitirdin? Hə, nəticəyə görə deyirdim. Sizcə nəticə eyni deyilmi? İllər boşa getdi, nəticə sıfırın altında. Bizə qalan itirilən vaxta və itkilərimizə heyifsilənmək. Başın sağ olsun, Vətən! 

P.S. Klublarımızda samballı ordu oldu, amma ordumuzda samballı klub heç olmadı.

Əli Sahib
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:09

Avropa Liqası: "Sabah" - "Sele" oyununda 2-ci qol - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X