Bu gün 19:00-da "Azərsun Arena”da baş tutacaq "Qarabağ” - "Qəbələ” oyununda yubiley qeydə alına bilər.
Fanat.Az-ın hesablamalarına görə, ağdamlılar 2 qol vura biləcəyi halda, 50-yə çatacaq. Belə ki, "Qarabağ” indiyədək Premyer Liqa çərçivəsində reallaşan 38 görüşdə "Qarabağ” "qırmızı-qaralar”a 48 top vurub. "Qəbələ” isə Ağdam təmsilçisini 36 dəfə oyuna mərkəzdən başlamağa məcbur edə bilib.
Fanat.Az