TopazPremyerLiqasının 16-cı turunda "Neftçi” ilə üz-üzə gələcək "Sumqayıt” bakılılarla görüşə ciddi itkiylə çıxacaq.
Fanat.Az xəbər verir ki, ötən tur "Zirə”ylə matçda "sarı” limitini dolduran Vurğun Hüseynov "ağ-qaralar”a qarşı oynamayacaq. "Kimyaçılar” kapitanla yanaşı, Elnur Abdullayevin də xidmətindən məhrumdu. Hazırlıqlara qatılmayan Abdullayev martda sıraya dönəcək.