AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri qalmaqallı "Qəbələ" - "Zirə"oyunu ilə bağlı qərarlar qəbul edib.
"Qəbələ"dən Qismət Əliyev və Cavid Hüseynov, "Zirə"dən isə Riçard Qadze və Sadio Tounkara aqressiv hərəkətlərə yol verdiklərindən hər biri 2 oyunluq cəzalandırılıb, hər iki klub 3200 manat cərimə edilib.
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
"Qəbələ” təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.
"Qəbələ”nin məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
"Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Fanat.Az