AFFA İntizam Komitəsi dünən daha bir klubu qovdu. U-10 liqasında mübarizə aparan "Göyçə” "Təhsil” FM-lə oyuna gəlmədiyinə və bu hal 3-cü dəfə təkrarlandığına görə 0:3 hesablı texniki məğlubiyyətlə yarışlardan kənarlaşdırıldı.
Regional Liqasının "Ümid” (Bakı) – "Şağan” (Bakı) matçında isə 60-cı dəqiqədə qonaqlar meydanı özbaşına tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə "mükafatlandı”. Maraqlıdı ki, bu, yeni yaradılan Region Liqasında 3 tura qeydə alınan 2-ci belə haldı.
Beləliklə, uşaq və qadın liqalarında çıxış edən klublar, eləcə də Region Liqasındakı komandalar bu mövsüm artıq 59-cu dəfə texniki məğlubiyyət gördü. İndiyədək 4 komanda çempionatdan qovulub.
Texniki məğlubiyyət – 59
Yetərsay olmamasına görə - 17
İştirak etməməyə görə - 26
Lisenziyası olmayana görə - 6
Yaş limitinin pozulmasına görə - 6
Təhlükəsizlik təmin olunmadığına görə - 1
Sənədlərin saxta olmasına görə - 2
Oyunu yarımçıq tərk etdiyinə görə - 1
4 komanda yarışlardan kənarlaşdırılıb.
Mənbə: futbolinfo.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol