Türkiyənin məşhur "Milliyət" qəzetinin saytında ilin ən yaxşıla idmançı, idman adamı və komandalarını müəyyənləşdirmək üçün sorğu keçirilir.
Fanat.Az xəbər verir ki, ilin komandası nominasiyasına namizədlər sırasında bu mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrupunda mübarizə aparan "Qarabağ" da yer alıb. Digər namizədlər isə Türkiyənin əlillər üzrə futbol millisi, "Fənərbaxça"nın basketbol klubu, "Vakıfbank" voleybol klubu, "Beşiktaş" futbol komandası və əlillər üzrə basketbol millisidir.
Fanat.Az