"Ümid edirəm ki, tezliklə millidə daha bir şans qazanacam. Öz ölkənin yığmasında çıxış etməkdən yaxşı şey yoxdu. Üzərimdə işləməyə davam etsəm, inanıram ki, hazırkı uğurumu Azərbaycan millisində də təkrarlaya bilərəm”. Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşov deyib.
Almaniyanın Regional Liqa klubu "Dinamo"da (Berlin) çıxış edən futbolçu qış fasiləsində təkliflər olmasına rəğmən iş yerini dəyişməməsinin səbəbini açıqlayıb: "Yay və qış fasiləsində bir neçə təklif var idi. Amma mən "Dinamo”da qalmağa qərar verdim. 3-cü liqaya gedib, peşəkar klubla müqavilə bağlamaqla deyil. Mən ehtiyatda oturmaq yox, oynamaq istəyirəm. Məni istəyən komandalara keçsəydim, əminliklə deyə bilərəm ki, əvvəlcə ehtiyat oyunçular skamyasında oturmalı idim. Ona görə razılaşmadım. Bundan başqa, özümü "Dinamo”da çox rahat hiss edirəm. Bu klubdan ayrılmaq istəmirəm. Amma hər futbolçu kimi mən də mümkün qədər yüksək səviyyədə oynamaq arzusundayam. Peşəkar futbolçu olmaq istəyirəm”.
Qeyd edək ki, Rüfət cari mövsümdə keçirdiyi 19 oyunda 20 qol vurub və Regional Liqanın "Şimal-şərq" zonasında bombardirlər yarışına başçılıq edir. Berti Foqtsun dövründə milliyə çağrılan 26 yaşlı forvard 16 oyunda 4 qol vurub.
Fanat.Az