"Ramil Şeydayev yaxşı futbolçudur, yaxşı məktəbi var. Yığmada vurduğu qolları hamımız görmüşük".
Bunu Fanat.Az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
"Şöhrət" ordenli mütəxəssis millimizin hücumçusunun Azərbaycan Premyer Liqasında "artıra" bilmədiyini vurğulayıb:
"Əlbəttə, 24 yaş az deyil. Ramil Azərbaycan çempionatında inkişaf edə bilmir. Kaş ki, Rusiya Premyer Liqasında qalaydı... Dediyim budur ki, daha güclü çempionatlarda oynasa, yığmaya da faydası çox olar. Bacarıqlarını daha da yaxşılaşdırmaq üçün ölkə xaricində özünə klub tapmalı, inkişaf etməlidir".
Atilla