"İcraiyyə Komitəsinin gündəliyində 7 məsələ vardı. Onlardan biri Futzal Federasiyasının hesabatı idi. Yığmamızın Avropa çempionatındakı çıxışı ilə bağlı hesabat verildi”.
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcariyyə Komitəsinin bu gün baş tutan iclasından sonra təşkil edilən mətbuat konfransında söyləyib. O, bildirib ki, iclasda Zeynal Zeynalov çimərlik futbolu üzrə milli komandasının baş məşqçisi təyin olunub: "Araşırmaq lazımdır, bəlkə də Zeynalov 3 yığmada oynayan və qol vuran yeganə futbolçudur”.
E.Məmmədov bildirib ki, iclasda danışılmış oyunlarla bağlı müzakirə aparılıb: "Məlumatlar məxfidir. Mübarizəmizi davam etdirəcəyik. İcraiyyə Komitəsi bununla bağlı dəstəyini göstərəcək".
Baş katib toplantıda 3 nəfərə xüsusi, 4 nəfərə adi təqaüd verilməsi ilə bağlı qərar qəbul olundu: "Həmçinin, Media Komitəsi ilə bağlı Firuz Abdulla ətraflı məlumat verdi. İK bütün detallarını dinlədi. Onlar komitənin fəaliyytinin davam etdirilmsini istəyirlər. Lakin yeni format, konsepsiya olmalıdır. İlk ilimiz uğurlu oldu. Amma komitənin ikinci ilində problemlər yarandı”.
Bundan başqa AFFA rəsmisi Lisenziyalaşdırma Qrupunda üzv kimi vakant yerə Zaur Hacı-Məhərərrəmovun namizədliyinin təklif edilərək, təsdiqləndiyini əlavə edib.
E.Məmmədov jurnalistlərin suallarını da cavablandırıb...
- Danışılmış oyunların qarşısını daha primitiv yolla həll etmək olmaz?
- Bu məsələni İK müzakir etdik. Təbii ki, qərar yoxdur. Danışılmış oyunlarla bağlı faktlar üzə çıxsa yeni format düşünüləcək. Artıq İK-nın bu barədə mılumatı var.
- Avropada əvəzedici komandalar I divizionda çıxış edir. Bizdə də belə praktikadan istifadə etmək mümkündür?
- Bunu millinin baş məşqçisi ilə müzakirə etmişik. Xahiş etmişik ki, bu məsələ Klublar Komitəsində müzakirəyə çıxarılsın.
- İclasda Premyer Liqada komandalarının və azarkeşlərinin sayının azalması ilə bağlı məsələ müzakirə olundu?
- Klub sayı azalırsa, azarkeşlər də azalır. Hesabatda futbolun inkişafı ilə bağlı mənfi hallar var. Sumqayıtda tribunanın sayı azdır. Amma çox yer olsa, say da çox olar. "Kəpəz”in stadionunda azarkeş sayının azalması da nəticədən asılıdır. Klublar azarkeş cəlb etmək üçün layihələr həyata keçirməlidirlər.
- Klubar Komitəsinin gücsüz bir quruma çevrildiyini düşünmürsünüz?
- Biz AFFA olaraq, Klublar Komitəsini bir platforma kimi yaratmışıq. Komitə hansısa məsələni qaldırsa, biz də İK-da qaldıra bilərik. Klublar bu platformanı inkişaf etdirməlidirlər. (report)
Fanat.Az