"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın kapitanı Cavid Hüseynovun "Kəpəz"lə oyunda meydana çıxmamasın səbəbini açıqlaybı. Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis bu gün 30 yaşını qeyd edən futbolçunun zədə səbəbindən meydana çıxmadığını bildirib.
Özü də Cavid tennisbol oynayan zaman zədə alıb və ayağına 6 tikişin qoyulub: "Həyatda hansı pis anlar baş verirsə, "Qəbələ"nin başına gəldi. Nə vaxtsa bunlar barədə danışacağam. Hazırda isə söhbət konkret olaydan gedir. Cavid iki gün əvvəl tennisbol oynadığımız vaxt zədə alıb. Onun ayağı partlayıb. Nəticədə 6 tikiş qoyulub. Bu, nadir hallarda baş verir. Lakin Cavid məhz indi, belə çətin və bizə lazım olan vaxtda zədələnib.
Sevinirəm ki, onun iştirak etmədiyi oyunda çox vacib qələbəyə nail ola bildik. Cavidə tezliklə sağalmasını diləyir və onu 30 yaşı olması münasibətilə təbrik edirəm. Mən və komandam bu qələbə ilə fəxr edirik. Çünki bu, vəziyyətin elə də xoş olmadığı dövrdə qazanıldı. İlk növbədə, özünəinam, xarakter, toparlanma bu gün qazanılmış 3 xaldan önəmlidi.
Cavidə isə şərf alacam. Bunu ona söz vermişəm. Ən azı 10 şərf ki, hər gün birini geyinsin. Onun boğazında problemi olsa da, şərf taxmır, özünü soyuqdan qorumur. Buna görə şərflərinin olması lazımdı".
Meydanda hədsiz emosional görünən Qriqorçuk bunun səbəbini belə izah edib: "Bu haqda danışmaq istəmirdim. Ancaq sual verdiniz, təbii ki, cavab verəcəyəm. Həmin hakimlərə böyük hörmət bəsləyirəm. Ancaq baş hakimin bəzi epizodlarda rəqib futbolçualara sarı vərəqə verməmələri məni narazı saldı. İndi də bu, yadıma düşür, əsəbiləşirəm. Belə münasibət məni çox hiddətləndirdi".
Fanat.Az