"Rəqibi təbrik edirəm, qələbə qazandılar. Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan (0:1) sonra "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.
Baş məşqçi qarşılaşma ilə bağlı fikirlərini bildirib: "Səhvlərimiz oldu. Futbol bunsuz olmur. Ancaq komandamdan razı qaldım. Futbolçular yaxşı mübarizə apardılar. Sadəcə, rəqibin futbolçularında fərdi ustalıq səviyyəsi yüksək idi ki, bu da öz sözünü dedi. Komandamızda təcrübəsizlik özünü göstərdi. "Qəbələ" son iki oyunda uduzduğundan, bu gün qalib gəlmək istəyirdi. Futbolçularımızda özlərinə inam çatmadı. Bu da təcrübəsizlikdən irəli gəlir".
Hüseynov komandasından narazı qalmadığnı deyib: "Kimin yaxşı, kimin pis oynadığını söyləmək istəmirəm. Ümümilikdə, komandamız uduzdu. Amma orta xətdə bəzi çatışmazlıqlar var idi. Fasilədə onlara oyunla bağlı gedişatları başa saldım. Düzdü, ikinci hissənin başlanğıcında həmin səhvlər yenə təkrarlandı. Lakin daha sonra düzəldilər. Kimin səhv etdiyini görmək üçün epizoda baxmaq lazımdı. Qol vurulan epizodda qapıçının səhvi olduğuna inanmıram".
Fanat.Az