"Azarkeşlərimizi təbrik edirəm. Xal itirsək, məyus olardım”. Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının XIX turunda "Keşlə”ni qəbul edən və 3:2 hesablı qələbəyə sevinən "ağ-qaralar”ın çalışdırıcısı oyundan sonra düzənlənən mətbuat konfransında zəfəri şərh edib: "Pillə-pillə irəliləyirik. Yolumuz çox çətindi. Çalışırıq ki, hər oyuna köklənək. Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Ancaq gözəl oyunla qalib gəldik. "Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, "Keşlə”nin üstünlüyüdü”.
Fanat.Az