Millimizin hücumçusu Ramil Şeydayev baş məşqçi Qurban Qurbanovla "Qarabağ”dakı gələcək taleyini müzakirə edib.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun və millimizin çalışdırıcısı mövsümün sonuna qədər özünü yaxşı tərəfdən göstərəcəyi halda gənc forvardın "köhlən atlar”ın sıralarında saxlayacaq. Ön xətt oyunçusu avrokubok oyunlarına qədər əsas heyətdə möhkəmlənə bilməsə, özünə yeni komanda tapacaq. Artıq Ramilin üz tutacağı klubun da adı bəllidi: "Neftçi”.
"Ağ-qaralar”ın rəhbərliyi bu haqda mətbuata konkret açıqlama verməsə də, forvardın keçidi bir neçə dəfə müzakirə olunub. Yeni prezident Kamran Quliyev baş katib Elxan Məmmədovun köməyi ilə Ramili "Neftçi”yə aparacaq.
Fanat.Az