15:29 16.03.2018 3409

Hər kəsdən güclü “Zəif”

Rəşad Ergün

2005-ci il idi. Azərbaycan millisi DÇ-nin seçmə mərhələ matçında Bakıda Avstriya ilə qolsuz bərabərə qalmışdı. Tofiq Bəhramov adına stadionun dəhlizindən keçib mətbuat konfransına getmək istərkən, birdən qarşımda gördüm onu. Böyükağa Hacıyev idi... Qolumdan çəkib, məni yaxındakı otağa apardı. Qarşımda dayanıb, uca səslə danışmağa başladı. Onda millidə Vaqif Sadıqova kömək edirdi. Sadıqovlu milli komandanı tənqid etməyimə və etməyim deyə, danışırdı. Gülümsədim, "Böyükağa müəllim, indi mətbuat konfransına gecikirəm, başqa vaxt danışarıq” deyib, birtəhər otaqdan çıxa bildim. Bir neçə gün sonra AFFA-da hansısa tədbirdə yenidən qarşılaşdıq, bu dəfə söhbətimiz daha mülayim keçdi.

...Sonra onunla çox tez-tez qarşılaşdıq. Demək olar ki, hər gün "Komanda” qəzetinin ofisinə gəlirdi. İşsiz idi və bu onu narahat edirdi, həm də hirsli idi.

Bir dəfə qəzet üçün ondan müsahibə götürmüşdük - futbola dəxli olmayan mövzularda. Tarixi mükəmməl bilməsinə hamımız heyrətlənmişdik.

Daha sonra "Neftçi”də baş məşqçi kimi işləməyə başladı. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı və "Komanda”nın sorğusunda ilin məşqçisi seçildi. Sevinirdi, nəhayət, ona lazım olan dəyərin verildiyini düşünürdü.



Yaxşı idi münasibətimiz "Zəif”lə. "Neftçi”nin baş məşqçisi kimi avrokubokun hansısa oyunundan sonrakı mərtbuat konfransında aramızda xoşagəlməz olay yaşanmışdı. Sonra danışdıq, anlaşdıq.

Bir dəfə isə "Komanda” qəzetində millinin keçmiş baş məşqçisi Berti Foqtsun Böyükağa Hacıyevlə bağlı "açıqlama”sını vermişdik. Virtual, dodaqqaçıran açıqlama idi, yəni uydurma. Qəzet çapa getdiyi günün səhərisi öyrəndik ki, "Zəif” həmin "açıqlama”nı ciddi qəbul edib və Berti Foqtsu axtarır...

Ləqəbi "Zəif” idi, amma özünü hər kəsdən güclü sayırdı, heç kimlə hesablaşmaq istəmirdi. Bunu onun müsahibələrindən, açıqlamalarından da görmək olurdu. Ütülənmiş açıqlamalar, "birdən kiminsə xətrinə dəyər” düşüncəsi ona yad idi. O, bizim olduğumuz dünyadan elə belə getdi - özünü hər kəsdən güclü sayaraq.

Və artıq böyünnəri o, yoxdu...

Ruhun şad olsun, özünü hər kəsdən güclü bilən "Zəif”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

Facebookdan bizi izləməyi unutmayın.
X